Nida.az
Sarkisyanın arvadının adamı: “Ağdam bizim torpaq deyil”
Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine
Naqdalyanın “Beynəlxalq hüquq bizə Dağlıq Qarabağı nəzarətdə
saxlamağa icazə vermir” açıqlamasından sonra ermənilər arasında
ciddi qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, “armenianreport”
saytı Naqdalyanın Avropa Şurası Parlament Assambleyasında
Ermənistan nümayəndə heyətinin rəhbəri olduğuna diqqət çəkib: “Biz
AŞPA-da da Azərbaycanın bizi məğlub etdiyini açıq şəkildə görürük.
Sadəcə, etiraf edə bilmirik. Reallıq budur ki, Azərbaycan
diplomatiyasına ciddi əsas verən Naqdalyan AŞPA-da da heç bir iş
görə bilmir”.
Sayt yazır ki, bütün uğursuzluğa baxmayaraq, Naqdalyan nümayəndə
heyətinin rəhbəri vəzifəsindən çıxarılmır.
“Çünki hər kəs bilir ki, o, birinci xanım Rita
Sarkisyanın adamıdır. Kim Naqdalyana söz deyə bilər? Rita
Sarkisyanın qanadı altında olandan sonra hər şey demək
mümkündür”, - deyə məqalədə bildirilir.
Sayt Naqdalyanın qeyri-rəsmi məclislərdə səsləndirdiyi bir fikrə
də diqqət çəkib: “Siyasi dairələrə yaxın şəxslər bildirirlər ki, bu
Naqdalyan qeyri-rəsmi məclislərdə israrla Dağlıq Qarabağın
Azərbaycana qaytarılmasını tələb edib və bildirib ki, Ermənistan
Putinlə münasibətləri pisləşdirməmək üçün bunu etməlidir. Digər bir
məclisdə isə o, Sarkisyanın məğlubiyyətini müdafiə etmək məqsədilə
“Ağdam bizim torpağımız deyil” deyə
bildirib”.
“Armenianreport” Sarkisyanın partiyasından olan digər bir
deputatın vaxtilə söylədiyi fikirləri də gündəmə gətirib.
“Naqdalyanın sözləri fonunda digər respublikaçı deputat Mqer
Sedrakyanın Rusiya zülmü altında qalmağın yaxşı olduğuna dair
fikirlərini xatırlamamaq olmur. “Rus xalqı olmadan biz sağ
qala bilmərik. Axı biz necə yaşaya bilərik? Biz kiminsə bizə ağalıq
etməyinə öyrəşmişik. Farslar, türklər, ruslar... Niyə indi rusların
hakimiyyəti altında olmamalıyıq? Əgər ruslar olmasaydı biz Qarabağı
necə tutardıq? Bizim əsgərlərimiz rusların köməyi ilə o əraziləri
tuta bildi”. Biz respublikaçı deputatların belə nitqlərini
xatırlayırıq. Yəni, məsələ Naqdalyanın bəyanatında deyil.
Ümumiyyətlə Sarkisyan hakimiyyəti belə düşünür”, - deyə sayt
yazır.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK