Yayda bunları geyinməyin, məsləhət deyil
Bizi izləyin

Dəb

Yayda bunları geyinməyin, məsləhət deyil

Yaya düz bir ay qalıb, bu isə o deməkdir ki, ən isti mövsümə hazırlıq işlərini dərhal başlamaq lazımdır. Publika.az xanımları mövsüm dəbi ilə mütəmadi olaraq tanış edir. Lakin bu dəfə modapərəstləri yayda nələrin dəbdən düşdüyü haqqında məlumatlandırmışıq.

Yay çəkmələri

Yay çəkmələrinin çox yersiz göründüyü barədə dəfələrlə məlumat vermişik. Belə görünür ki, azərbaycanlı xanımların bəziləri onlardan imtina etmək niyyətində deyil. Lakin biz ruhdan düşmürük və yenə təkrar edirik: Belə ayaqqabılar almayın! Birincisi, o zövqsüz görünür, ikincisi isə ağ modellər elə təəssürat yaradır ki, sanki hər iki ayaq gipsdədir. Onlar bu ayaqqabılarından vaz keçməyənə qədər yay çəkmələrinin zövqsüz göründüyü biz yenə yazacağıq.

Dar lasinlər

Bir müddət əvvəl lasinlər çox populyar idi. Buna səbəb də onların çox rahat olması və zahirən cins şalvar kimi görünməsi idi. Lakin bu kələk çox çəkmədi, əlbəttə ki, lasinlər rahat ola bilər, amma artıq dəbdə deyil. Klassik qara dar və ya universal cins şalvar həmişə daha yaxşı təsir bağışlayacaq. Bu geyimi idman edərkən geyinmək daha əlverişli və məqsədəuğundur.

Rəngli bilərzik

Rəngli bilərziklər 10-16 yaşında qızlar üçündür. Onlar çılğın və yeniyetmə obrazı ideal tamamlayır. Amma onlar gənc qız üçün heç uyğun deyil, həm yersiz, həm də çox qəribə görünür.

Yay geyimlərində xəz detalları

Belə paltarları yay aylarında birmənalı şəkildə yolverilməzdir. Əgər hava sərindirsə, yüngül jaket geyinin.

Süni çələnglər

Süni güllərdən düzəldilmiş çələnglər saç üçün ən zövqsüz bəzəkdir. Xüsusi ilə onlar sizin üslubunuzda uyğun gəlmirsə, bu aksessuar yamaq kimi görünür.

Həddindən artıq qısa şortiklər

Həddindən artıq qısa şortikdə seksual göründüyünüzü düşünürsünüzsə, yanılırsınız. O sizə ancaq vulqar görüntü bəxş edəcək və haqqınızda müsbət fikir formalaşdırmayacaq.

Arxası quyruq kimi uzanan, önü qısa yubka və ya donlar

Arxası quyruq şəklində uzanan şifon paltarlar hələ ötən yay Bakı küçələrini işğal etmişdi. Amma onlarla vidalaşmaq vaxtıdır. Bu yay ətəklər və donlar mütləq mütənasib uzunluqda olmalıdır.

Kokteyl donlarını gündüz geyinməyin

İstənilən halda yay sarafanlarını kokteyl libasları ilə qarışdırmaq lazım deyil. Məsələn, yay ayları üçün bandaj donlar uğursuz seçimdir. Bütün gün ağır makiyajda, dar paltar və hündürdaban ayaqqabılarda gəzən barbi obrazı artıq dəbdə deyil. Bir az sadə və təbii olmağa çalışın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm