Almaniyalı deputat: “Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir”
Bizi izləyin

Nida.az

Almaniyalı deputat: “Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir”

Aprelin əvvəlindən etibarən Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar olaraq, Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq açıqlama verib.

TEAS-dan Publika.az-a verilən məlumata görə, H.Novak açıqlamasında bildirib: "ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələr"in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır".

O, qeyd edib ki, hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur: "Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm