Rusiyaya qarşı növbəti zərbə hazırlanır
Bizi izləyin

Dünya

Rusiyaya qarşı növbəti zərbə hazırlanır

ABŞ Konqresinə Ukraynada demokratiya və sabitliyin dəstəyi haqqında qanun layihəsi daxil edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

“Krımın Rusiya tərəfindən işğalı qanunsuzdur”, - sənədin müəlliflərindən olan Konqres üzvü Eliota Enqel bildirib.

Sənəddə xatırlanır ki, Krımın Ukraynanın tərkibinə qayıdışı anti-Rusiya sanksiyalarının ləğvi üçün kifayətləndirici şərait olacaq.

Qeyd edək ki, 2014-cü ilin yazında ABŞ tərəfindən qəbul olunan sanksiyalar Rusiyanın energetika, müdafiə və maliyyə sektorlarına toxunub. Sanksiyalar həmçinin konkret şəxslərə qarşı tətbiq edilib. Sanksiyaların müddəti bir neçə dəfə uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm