170 min sürücüyə elektron protakol tərtib edilib - VİDEO
Bizi izləyin

Qırmızı.az

170 min sürücüyə elektron protakol tərtib edilib - VİDEO

Yol Patrul Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemi tam qüvvəsi ilə işləyir. İlin əvvəlindən bu günə qədər sistemlə qayda pozan 170 mindən çox sürücüyə elektron protakol tərtib edilib.

Publika.az Xəzərxəbər-ə istinadla bildirir ki, Bakı şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, ''İ-Patrul'' sistemi vasitəsi ilə aşkar edilmiş qayda pozunturları sürət həddini aşma və təhlükəli manevr edənlərdir.

Digər qayda pozuntuları təhlükəsizlik kəmərindən istifadə etməyən, icbari sığortası olmayan və texniki baxışdan keçməyən sürücülərdir.

Bölmə rəisinin sözlərinə görə, patrul avtomobili işlək vəziyyətdə olmasa belə bu sistem işləyir. Yəni sürücülər yol kənarında sökük vəziyyətdə dayanmış polis avtomobilini də nəzərə almalıdır.

Çoxfunksiyalı ''İ-partul'' sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını minimuma endirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm