“Putin onu fəda etməyəcək, əgər...” – Kreml liderinin “rəngli inqilab” fobiyası
Bizi izləyin

Dünya

“Putin onu fəda etməyəcək, əgər...” – Kreml liderinin “rəngli inqilab” fobiyası

“Suriyada barışığın tədricən zəifləməsi Rusiyanın strategiyasına tamamilə uyğundur”.

Publika.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt”nəşri “Vladimir Putin Suriyada həqiqətdə nə istəyir?” başlıqlı yazısında bildirib.

Nəşrin yazdığına görə, ABŞ-da vəziyyət tamamilə başqa cür qiymətləndirilir: “Vaşinqtonda qorxular artır ki, Rusiya ilə birgə əldə olunmuş barışıq iki ay sonra yoxa çıxacaq. Müxalifət bildirir ki, Suriya rejimi ölkənin şimalında, Hələb vilayətinin ətrafında qoşunları səfərbər edib. Orada döyüşlər davam edir. Müxalifət fəallarının sözlərinə görə, son günlər Hələbdə yüzlərlə dinc insan həlak olub”.

Ötən həftə ABŞ-ın dövlət katibi Con Kerri “New York Times” nəşrinə müsahibəsində narahatlığını ifadə edib ki, Rusiya Hələbin ətrafına ağır artilleriyasını toplayır.

“Düzdür, o, bildirdi ki, Hələbin ətrafında atəşkəs rejiminə daxil edilməyən “Ən-Nüsra” Cəbhəsi fəaliyyət göstərir. Ancaq atəşin dayandırılması rejimi ilə razılaşan müxalifət qruplaşmaları da var. Suriya ordusunun müxalifəti başqa qruplaşmalardan dəqiq ayıra biləcəyi isə şübhəlidir. Hər halda, Hələbin alınması rejim üçün əhəmiyyətli qələbə olardı”, - “Die Welt”nəşri qeyd edib.

Nəşr bildirir ki, Rusiyanın Su-24 və Su-25 tipli hərbi təyyarələri Suriyada qalmaq davam edir. Bundan başqa, Rusiya Suriyaya yeni döyüş vertolyotları göndərdi. Ölkədə həmçinin Rusiyanın artilleriya və xüsusi təyinatlı gücləri qalır.

Rusiyanın xarici siyasətlər məsələləri üzrə ekspert Vladimir Frolov bildirir ki, Putin ortamüddətli perspektivdə Suriya əməliyyatından öz xeyrini alıb: “Rusiya danışıqlar stolunda yenidən ABŞ-a lazımlıdır, heç kəs daha Rusiyanın beynəlxalq təcridindən danışmır. Ancaq anlaşılmazdır ki, Moskva Suriya ilə bağlı uzunmüddətli planda da olacaqmı? Hər halda, Moskva sülh danışıqlarında göstərir ki, Suriyada böyük güzəştlərə hazır deyil. Rusiya saxta danışıqlar taktikasını hazırlayıb”.

Əsədin gələcəyi Rusiya və ABŞ arasında ciddi fikir ayrılığı yaradan məsələdir. Rusiyanın müdafiə naziri Seygey Şoyqunun sözlərinə görə, Moskva qərb partnyorlarından tez-tez eşidir ki, Suriyada müharibə Əsədin getdiyi vaxt bitəcək. Rusiya hərbi idarəsinin rəhbəri bu cür düşünənlərə İraq və Liviyanı xatırladıb.

İsveçin Uppsala Universitetinin professoru Aleksandr Qolts hesab edir ki, Əsəd Rusiya üçün şəxsiyyət olaraq ciddi əhəmiyyət daşımır. Onun sözlərinə görə, Moskva üçün əsas məsələ Əsədin “rəngli inqilab”ın nəticəsində əvəzlənməməsidir. “Rəngli inqilab”larla mübarizə prinsip etibarilə Moskva üçün əhəmiyyətlidir”, - Qolts deyir.

Qərb müşahidəçilərin fikrincə, Moskva Əsədin şəxsiyyətinə bağlanmayıb. Onlar qeyd edir ki, əgər Putinə Əsədi fəda etmək lazım olmasa, o, bunu etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm