Rusiya yenə Hələbi vurdu: 7 ölü
Bizi izləyin

Dünya

Rusiya yenə Hələbi vurdu: 7 ölü

Rusiyaya məxsus qırıcıların Suriyanın Hələb şəhərini bombalaması nəticəsində 7 dinc sakin ölüb, 30-u isə yaralanıb.

Axar.az xəbər verir ki, müxaliflərin nəzarətində olan Bab Neyrab və Bustan Kasr qəsəbləri hədəf alınıb.

Məlumata görə, dağıntılar altında insanların da qaldığı ehtimal olunur.

Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Rusiya son günlər Hələbdə hava hücumlarının sayını artırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm