Türkiyədəki partlayışda yaralananların sayı 23-ə çatdı – FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Türkiyədəki partlayışda yaralananların sayı 23-ə çatdı – FOTO/VİDEO (YENİLƏNİB)

Qaziantep şəhərində polis bölməsinin önündə baş verən partlayışda yaralananların sayı artıb.

Qaziantep valiliyinin açıqlamasında bildirilir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 23 nəfər yaralanıb, onlardan 19-u polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

11:29

Türkiyənin cənub-şərqində partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayış Qaziantep şəhərində polis bölməsinin önündə baş verib.

Hadisə yerinə təcili tibbi yardım və fövqəladə hallar briqadaları göndərilib.

Türkiyə mətbuatının yazdığına görə, partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, digər polis əməkdaşı ağır yaralıdır, 10 nəfər mülki şəxs isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm