Qırmızı.az
Diqqət: Pərdə və jalüzlərdən istifadəyə icazə verildi
1 may tarixindən etibarən respublika ərazisində avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib. Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.
Publika.az xəbər verir ki, Bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
K.Əliyev bildirib ki, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir: "2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır".
Şöbə rəisi əlavə edib ki, avtomobillərdə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir: "Bəzi sürcülər standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edirlər. Bir daha deyirəm ki, icazə, yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK