“Qarabağ” bu gün çempion olacaq?
Bizi izləyin

İdman

“Qarabağ” bu gün çempion olacaq?

Azərbaycan Premyer Liqasında 32-ci tura dünən start verilib.

Publika.az xəbər verir ki, tur Gəncədə keçirilən "Kəpəz" - "Rəvan" matçı ilə start götürüb. Dramatik keçən görüşdə Gəncə təmsilçisi qalib gəlib – 3:2.

Bakıda isə AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib. Ötən tur "Rəvan"a uduzan "Təyyarəçilər" bu dəfə meydanı qalib tərk edib.

Tura bu gün keçiriləcək üç oyunla yekun vurulacaq.

Günün ilk matçında çempionatda heç bir ciddi iddiası olmayan "İnter"lə "Sumqayıt" qarşılaşacaq.

Daha bir oyun isə Qəbələdə keçiriləcək. Ölkə kubokunun yarımfinalında da üz-üzə gələn "Qəbələ"ylə "Neftçi" bu dəfə Premyer Liqa çərçivəsində münasibətlərinə aydınlıq gətirəcək.

Bu gün cari mövsümdə Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Zirədə keçiriləcək oyunda "Qarabağ" "Zirə"yə uduzmasa, növbəti çempionluğunu rəsmiləşdirə bilər.

1 may

16:00 İnter - Sumqayıt

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. "İnter Arena"

16:30 Qəbələ - Neftçi

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ. Şəhər stadionu

19:00 Zirə - Qarabağ

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə. İdman kompleksinin stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm