Yorğun görünmək istəmirsinizsə, bu maskanı sınayın!
Bizi izləyin

Gözəllik

Yorğun görünmək istəmirsinizsə, bu maskanı sınayın!

Çirkli hava, külək, günəşin zərərli şüaları – bir sözlə, xarici faktorlar dərinin yorulmasına səbəb olur. Ancaq həftədə iki dəfə tətbiq edəcəyiniz xüsusi maskalarla dərinizin solğun görünməsinin qarşısını ala bilərsiniz.

Publika.az yorğun dəri üçün ən təsirli maskanı təqdim edir:

2 çay qaşığı limon suyu ilə 1 çay qaşığı balı və 1 çay qaşığı badam yağını qarışdırın. Kənarda 1-2 xörək qaşığı lobyanı suda bişirib daha sonra çəngəllə əzin. Lobyanı bal, badam və limon suyu qarışığının üzərinə əlavə edib təkrar qarışdırın.

Maskanı təmiz dəriyə çəkib yarım saat gözlədikdən sonra yuyun.

Maskanın təsirini ən qısa zamanda hiss edəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm