“Bavariya” – “Atletiko” oyunu türk hakimə tapşırıldı
Bizi izləyin

İdman

“Bavariya” – “Atletiko” oyunu türk hakimə tapşırıldı

UEFA FİFA dərəcəli türk hakimi Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununa təyin edib.

Publika.az xəbər verir ki, Cüneyt Çakır mayın 3-də “Bavariya” – “Atletiko” qarşılaşmasını idarə edəcək. Oyun Bakı vaxtıilə saat 22:45-də başlanacaq.

Cüneyt Çakıra Cem Satman və Tarık Ongun kömək edəcək. Hüseyin Gökçək və Barış Şimşək isə əlavə hakimlik vəzifəsini yerinə yetirəcək.

Çakır son olaraq yarımfinal mərhələsində “Mançester Siti” – “Real” oyununu idarə etmişdi. Türk hakim ötən mövsüm Çempionlar Liqasının final matçını idarə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm