“ASAN xidmət” standartları dövlət orqanlarında tətbiq ediləcək
Bizi izləyin

Nida.az

“ASAN xidmət” standartları dövlət orqanlarında tətbiq ediləcək

“ASAN xidmət” mərkəzlərinin şəffaflıq standartları dövlət orqanlarında tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2016-2018-ci illərdə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm