Ev sahibi kirayə haqqını ödəməyən qadını belə cəzalandırdı
Bizi izləyin

Hadisə

Ev sahibi kirayə haqqını ödəməyən qadını belə cəzalandırdı

Bakıda ev sahibi kirayə haqqını ödəməyən qadını ilginc şəkildə cəzalandırıb.

Musavat.com xəbər verir ki, ev sahibi kirayə haqqını ödəməyən qadını mənzilin bağlı qapısı arxasında iki gün saxlayıb.

Hadisə Qaradağ rayonunda baş verib.

Ev sahibi tərəfindən cəzalandırılan qadın polisə müraciət edib.

Şəki rayon sakini 1994-cü il təvəllüdlü Mələk Xəlilova Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bu haqda məlumat verib.

O, bildirib ki, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən kirayə yaşadığı evin pulunu ödəmədiyi üçün ev sahibəsi 1962-cü il təvəllüdlü Xeyrənsa İsayeva evin qapısını qıfılla bağlayaraq onu iki gün azadlıqdan məhrum edib.

M.Xəlilovanın şikayəti ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm