Hadisə
Bakıda avtomobil yolu keçmək istəyən əlili vurub
Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Şıxəli Qurbanov küçəsində, Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb.
Belə ki, hələlik kimliyi bilinməyən şəxs əlil arabasında yolu keçmək istəyən zamanı onu Rauf Tağıyevin idarə etdiyi "Nissan" markalı maşın vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan piyada çağırılan təcili yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəni törədən sürücü əraziyə gələn polislər tərəfindən saxlanılıb.
Sürücü ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin 20 metr yaxınlığında qeydə alınıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ