İstanbulda iğtişaş: 200-dən çox saxlanılan var
Bizi izləyin

Dünya

İstanbulda iğtişaş: 200-dən çox saxlanılan var

Türkiyə polisi İstanbulda 1 May nümayişindən sonra yaranan iğtişaşla bağlı 200 nəfəri saxlayıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən bildirir ki, bu barədə şəhər rəhbərliyindən məlumat veriblər.

Əvvəlcədən elan olunmuşdu ki, Taksim meydanında yürüş keçirilməsinə icazə verilməyib. Yerli hakimiyyət həmkarlar ittifaqlarına aksiyanı aeroport yaxınlığındakı Bakırköy rayonunda keçirməyi məsləhət görmüşdü. Buna görə də polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməli olub.

“Bəzi qeyri-qanuni qruplar Beynəlxalq Həmrəylik Günündən istifadə edərək, Taksim meydanında icazə verilməyən yürüş keçirməyə, beləliklə, vətəndaşlarımızın əmin-amanlığına və təhlükəsizliyinə mane olmağa cəhd göstəriblər”, -deyə şəhər rəhbərliyinin yaydığı açıqlamada vurğulanıb.

Açıqlamada o da təsdiqlənib ki, polis 207 nəfəri saxlayıb. Nümayişçilərdən 40 ədəd “Molotov kokteyli” və 17 ədəd əl qumbarası götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm