10 yaşlı uşaq "İnstaqram"da 10 min dollar qazandı
Bizi izləyin

Bilgi.az

10 yaşlı uşaq "İnstaqram"da 10 min dollar qazandı

10 yaşlı finlandiyalı məktəbli Yani "Facebook"un şeflərini şoka salıb.

Məktəbli "İnstagram"ın səhifəsində buradakı şərhləri silməyə imkan verən sistem səhvi tapıb. "İnstagram"ın sahibi olan "Facebook" ona bu tapıntısına görə 10 000 dollar ödəyib. Nəticədə Yani "Facebook"un indiyədək pul ödədiyi ən gənc insan olub.

Proqramın fəaliyyətdə olduğu 5 ildə ərzində sistem səhvlərinin aşkarlanmasına görə "Facebook" 800 "haker"ə ümumilikdə 4,3 milyon dollar ödəyib. Qeyd olunur ki, Yani "İnstagram"ın yaş həddi şərtini pozmuşdu.

Belə ki, qaydalara görə, yalnız 13 yaşından yuxarı şəxslər bu sosial şəbəkədən istifadə edə bilər. Tapdığı boşluğun köməyi ilə istənilən hesabdakı istənilən mesajı silə bilən Yani "Hər kəsi silə bilərdim. Hətta Justin Bieberi belə," deyə açıqlamasında bildirib. (musavat)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm