Nida.az
Zəngəzurun Azərbaycana qaytarılması təklif olundu
Qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı qanun layihəsi Ermənistanın və onu himayə edən Minsk Qrupunun növbəti təxribatıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev qeyd edib ki, əgər Minsk Qrupu Ermənistanın bu cür təxribatına reaksiya vermirsə, deməli, onlar əvvəldən də bunu bilirdilər.
O bildirib ki, bu qanun layihəsi Ermənistanın işğalçı olduğunu sübut edən faktdır və ona qarşı təcili sanksiyalar tətbiq edilməlidir.
Millət vəkili hesab edir ki, Azərbaycan özü ilk mərhələdə əzəli torpaqlarımız olan Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlamalıdır: "Azərbaycanın tarixi torpağı olan Zəngəzur qeyri-qanuni olaraq o vaxt Ermənistana verilib. O torpaqların geri qaytarılması haqqında Azərbaycan Milli Məclisi qanun qəbul etməlidir və öz hüquqlarını tələb etməlidir. Çünki bunun hüquqi əsasları var. O torpaqlar Azərbaycanın olub, sonradan qeyri-qanuni yolla Ermənistana verilib. Dağlıq Qarabağın isə Ermənistana heç bir aidiyyəti olmayıb. Çünki Ermənistan özü Azərbaycan torpaqlarında yaradılıb".
B.Əliyev bu təkliflə Milli Məclisdə çıxış etmək niyyətindədir.
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR