Astroloji proqnoz - 06 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 06 may

Qoç - münasibətlərinizi tənzimləyin. İş fəaliyyətində passivlik hökm sürəcək.

Buğa - ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Asanlıqla əsəbiləşməyin.

Əkizlər - düşərli bir gün yaşayacaqsınız. Hər şey gözəl olacaq. Amma vaxt tapıb qohumlarınıza baş çəkməyə çalışın.

Xərçəng - xoşgəlməz xatirələr haqqında düşnməyin. Xoş ovqata köklənməyə çalışın.

Şir - məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz.

Qız - köhnə dostlarla rastlaşma ehtimalınız böyükdür. Qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynayacaq.

Tərəzi - ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq. Qarşı tərəfin rəylərinə hörmətlə yanaşın.

Əqrəb – mənfi enerji ilə yüklənəcəksiniz. Ayın ən əsəbi gününü yaşayacaqsınız. Atdığınız addımlara diqqət edin.

Oxatan - O qədər də yaxşı gün deyil. Cəhdləriniz boşa çıxacaq. Səhhətinizlə bağlı problemlər baş qaldıra bilər.

Oğlaq - qərarlarınızda qətiyyətli olmalısınız. Risk etməkdən qorxmayın.

Dolça - bəxtiniz üzünüzə güləcək. Ancaq istər evdə, istərsə də iş yerində konfliktdən uzaq olun.

Balıq - dostlarla və ya uzaq qohumlarla görüş gözlənilir. Bədxərclik etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm