Yeni müharibə meydanı: NATO Baltikyanıda vuruşacaq
Bizi izləyin

Dünya

Yeni müharibə meydanı: NATO Baltikyanıda vuruşacaq

“Qərb ölkələri Donbasda silahlı konfliktdə iştirak edən və Krımı ilhaq edən Rusiyanı uyğun şəkildə cəzalandırmadı”.

Publika.az xəbər verir ki, bunu “Apostrof” nəşri üçün yazdığı məqaləsində Rusiya politoloqu Andrey Piontkovski bildirib.

“Rusiya Gürcüstan və Ukraynaya təcavüzü görə lazımı cavabı almadı. Çünki, Gürcüstan və Ukrayna NATO-nun üzvü deyil. Amma NATO Baltikyanıda müttəfiqlərinin təhlükəsizliyinin təminatı üzrə addımlar atır. Kremlin bütün təxribatları bir növ NATO-nun yoxlanılması idi. Budur, əgər NATO Baltikyanıda öz bölmələrini yerləşdirməsəydi, orada “yaşıl adamcığazlar” ortaya çıxardılar”, - ekspert hesab edir.

Andrey Piontkovski bildirir ki, NATO Ukraynadan fərqli olaraq Baltikyanıda vuruşacaq. Bununla belə, politoloq əmindir ki, Rusiya və NATO arasında tammiqyaslı müharibə olmayacaq.

Politoloq vurğulayıb ki, Kremlin xarici təcavüzkar siyasəti “daxili istehlakçı”ya yönəlilib: “Televizorda hansısa xarici siyasət “qələbələri”ni fasiləsiz göstərmək Putinə lazımdır. Ukraynada “Rus dünyası” və “Novorossiya” konsepsiyaları yıxıldı, Suriyada isə Latakiyanın ətrafında özünə kiçik ələvi anklavını yaratdı. Deməli, möhtəşəm geosiyasi qələbə yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm