Bakıda Dağıstan mədəniyyət günləri keçiriləcək
Bizi izləyin

Art

Bakıda Dağıstan mədəniyyət günləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 mayda ilk dəfə olaraq ölkəmizdə Rusiya Federasiyasının Dağıstan Respublikasının mədəniyyət günləri keçiriləcək.

Mayın 12-i saat 19:00-da Heydər Əliyev Sarayında mədəniyyət günlərinin açılış mərasimi olacaq.

Tədbirdə Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində “Dağıstan: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək. Konsert proqramında məşhur “Ləzginka” Akademik Rəqs Ansamblı, “Xasavyurt” Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur.

Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcək.

Ölkəmizdə Dağıstan mədəniyyəti günlərinin keçirilməsi qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədi daşıyır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm