Erməni "ədaləti": Koçraynanın evini bombalayan həbs olunmadı
Bizi izləyin

Dünya

Erməni "ədaləti": Koçraynanın evini bombalayan həbs olunmadı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın evinə bomba atan Ovanes Muradyan həbs edilməyəcək.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, onun vəkili Mariana Farmanyan Apelyasiya məhkəməsinin prokurorun ittihamlarını rədd etdiyini deyib.

Vəkil iddia edib ki, Muradyan ruhi xəstəlikdən əziyyət çəkir. Hətta onun üçün həkimdən arayış da alınıb.

Qeyd edək ki, erməni mediası Koçaryanın evinə bomba atılması tapşırığının hazırki prezident Serj Sarkisyanın planı olduğunu yazmışdı. İddialara görə, “dördgünlük müharibə”dən sonra Koçaryan ölkədə yaranmış situasiyadan istifadə edərək, Sarkisyanı devirmək niyyətindədir. Bomba hücumu da ona xəbərdarlıq kimi dəyərləndirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm