Azərbaycanda akkreditə olunan diplomatlar cəbhə xəttində
Bizi izləyin

Nida.az

Azərbaycanda akkreditə olunan diplomatlar cəbhə xəttində

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ölkədə akkreditasiya olunan 80-ə yaxın diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin cəbhə xəttinə səfərini təşkil edib.

Azərbaycan XİN-dən Publika.az-a verilən məlumatda bildirilir ki, məqsəd təmas xətti boyunca mövcud vəziyyət barədə diplomatların təmsil etdiyi ölkələrə məlumatları obyektiv çatdırılmasının təmin edilməsidir.

Qeyd olunur ki, 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaq məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm