Ərdoğandan Davudoğlu açıqlaması: “Mən dövlətin başıyam”
Bizi izləyin

Dünya

Ərdoğandan Davudoğlu açıqlaması: “Mən dövlətin başıyam”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davudoğlunun istefasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Ərdoğan bu işin uzanmasının zərərli olacağını deyib: “Baş nazir partiyanı qurultaya götürəcəm dedi. Mən də bildirdim ki, xeyirli olsun. Bu bir mübarizə yoludur. Mən postu ona verdiyim kimi, o da başqasına verəcək. Bu işin uzanması zərərli olacaqdı. Biz hər zaman özümüzü yeniləyərək güclənən hərəkatıq. Bu günə qədər heç kim birliyimizi poza bilmədi, bundan sonra da poza bilməz”.

Ərdoğan qeyd edib ki, baş verənlər sistemin problemidir və bunun ölkə üçün heç bir təhlükəsi yoxdur: “Mən partiyanın yaradıcı sədriyəm, amma ora üzv ola bilmirəm, bütün əlaqəm kəsilib. Bu doğru deyil. Dövlət içində ikili rəhbərlik olur. Baş komandanlıq vəzifəsini mən daşıyıram, amma konstitusiyaya görə Baş qərargah rəisi də hökumətə bağlıdır. Mən dövlətin başıyam. Həm Baş Komandan, həm də dövlət başçısıyam. Dövlət orqanları buna görə hərəkət etməlidir. Mənim yerimdə başqası olsa da, bu belə olacaq. Burada sistematik problem var”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm