Dünya
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
Dünyaca məşhur aktyor Leonardo Di Kaprio Cənubi Azərbaycanda yerləşən Urmiya gölündən yazıb.
ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu gölün əvvəlki və hazırkı vəziyyətindən bəhs edib. O, bu barədə "İnstaqram" səhifəsində fotoqraf Solmaz Dəryaninin çəkdiyi şəkli paylaşaraq şərh edib.
"İranın şimal-qərbindəki Urmiya gölünün sahili, dağılan gəmi. Əvvəllər Orta Şərqdə ən böyük duzlu göl hesab edilən Urmiya gölündə indi əvvəlki suyun həcminin cəmi 5 faizi qalıb. Bunun səbəbi qlobal iqlim dəyişiklikləri ilə yanaşı, su bəndinin tikilməsi, pis ekoloji şərait və gölə axan çayların məcralarındakı dəyişikliklərdir".
Urmiya gölü İranın ən məşhur gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən aparılan tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO