Nida.az
ABŞ-dan MÜHÜM QARABAĞ AÇIQLAMASI: “Böyük sülh sazişi üzərində iş aparılır”
“İndiki məqamda tərəflərin atəşkəsə riayət etməsi, vəziyyəti daha da mürəkkəbləşdirəcək addımlardan çəkinməsi, eyni zamanda böyük sülh sazişi üzərində işləməsi vacibdir”.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda qondarma “DQR”-i tanımaqla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dünən Dövlət Departamenti də Qarabağın müstəqilliyi ilə bağlı bəyanat verib.
Səfir hazırda Minsk qrupu həmsədrlərinin böyük sülh sazişi üzərində iş apardığını bildirib.
R.Sekuta cəbhədə gərginliyin artmasına da münasibət bildirib.
“Dövlət katibi Con Kerri bu məsələni diqqətdə saxlayır. Minsk qrupunda amerikalı həmsədr Ceyms Uorlik də gərginliyin azaldılması, tərəflərin bir araya gələrək sülhə nail olması istiqamətində çalışır. Hazırda hər kəs diqqəti bu istiqamətə yönəltməlidir”, - deyə səfir vurğulayıb.
Vasif Həsənli
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB