Ulu öndərin xatirəsi “Unudulmaz” filmi ilə yad olunacaq
Bizi izləyin

Art

Ulu öndərin xatirəsi “Unudulmaz” filmi ilə yad olunacaq

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Nizami Kino Mərkəzində “Unudulmaz” sənədli filminin təqdimatı keçiriləcək.

Publika.az xəbər verir ki, mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin doğumunun 93-cü ildönümü münasibətilə LİDER televiziyasının çəkdiyi “Unudulmaz” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

“Unudulmaz” filmi mərhum prezidentin Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində olduğu günlərə həsr edilib. Azərbaycan tamaşaçısının indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.

Jurnalist Elnur Niftəliyevin müəllifi olduğu bu filmdə Azərbaycan tamaşaçısı Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış ola biləcək.

Tədbir Nizami Kino Mərkəzində – saat 12:00-da başlanacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm