Putinin adamı: “Ərdoğanın qərarları və davranışları...”
Bizi izləyin

Dünya

Putinin adamı: “Ərdoğanın qərarları və davranışları...”

Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsinin başçısı Aleksey Puşkov Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının sədrliyinə namizəd olmamasını şərh edib.

Publika.az xəbər verir ki, Puşkov “Rossiya 24” kanalına açıqlamasında Davudoğlunun yerinə başqa birinin keçməsinin Rusiya-Türkiyə əlaqələrinə təsir etməyəcəyini deyib.

Rusiyalı siyasətçinin sözlərinə görə, bu mövzuda prezident Rəcəb Tayyib Ərdoğanın istəkləri və qərarları həlledici rol oynayır.

“Bu vəziyyətin əlaqələrə ciddi şəkildə təsir edəcəyini düşünmürəm. Çünki Rusiya və Türkiyə arasındakı əlaqələri Ərdoğanın qərarları və davranışlarına söykənir. Baş nazir burada hər vəziyyətdə ikinci rolda idi”, - komitə sədri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm