ABŞ əsgərlərinin başına çuval keçirən türklər cəzalandırıldı
Bizi izləyin

Dünya

ABŞ əsgərlərinin başına çuval keçirən türklər cəzalandırıldı

İstanbulda 2 Amerika əsgərinin başına çuval keçirilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesi başa çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Gənclik Birliyinin (TGB) 13 üzvünün mühakimə olunduğu prosesdə qərar açıqlanıb.

Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib.

Xatırladaq ki, 2003-cü il iyulun 4-də Amerika əsgərləri İraqın Süleymaniyyə şəhərində Türkiyə zabitlərinin olduğu qərargaha basqın təşkil edib. Amerika əsgərləri türk əsgərlərinin başlarına çuval keçirib onları Bağdada aparıb. Buna cavab olaraq 2014-cü ildə Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm