Dünyanın ən sirli yeri: Marian çökəkliyindən CANLI YAYIM
Bizi izləyin

Dünya

Dünyanın ən sirli yeri: Marian çökəkliyindən CANLI YAYIM

ABŞ-ın okean və atmosfer tədqiqatları Milli İdarəsi dünyanın ən dərin yeri olan Marian çökəkliyində baş verənləri online rejimdə yaymağa başlayıb.

Publika.az-ın “The Guardian”a istinadən məlumatına görə, video İdarənin saytında və “YouTube”da yayımlanır.

Sakit okeanındakı Marian çökəkliyinin dərinliyi 11 kilometrdir. Bu, Everestin dəniz səviyyəsindəki hüdürlüyündən də çoxdur. 2016-cı ilin aprelin sonundan “Okeanos Explorer” gəmisi çökəkliyi öyrənməyə başlayıb.

Baş verənləri okeanoloqlar şərh edir. Onların bir hissəsi gəmidə, digərləri isə sahildə müşahidə aparır. Alimlər cəmi 20 dəqiqə ərzində bir neçə yeni canlı növü kəşf ediblər.

Kərim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm