İrəvan qorxu içində: Azərbaycan cəbhə xəttində...
Bizi izləyin

Nida.az

İrəvan qorxu içində: Azərbaycan cəbhə xəttində...

“Dördgünlük müharibə”dən sonra Ermənistanın həm ictimai, həm də siyasi dairələrində ciddi təşviş yaranıb.

Publika.az xəbər verir ki, son günlər erməni mediası cəbhə xəttində Azərbaycan Ordusunun hərəkətliliyi haqda məlumatlar yaymaqdadır. Hətta iddialara görə, mayın 8-də Şuşanın işğal günündə Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə anti-terror əməliyyatlarına başlaya bilər.

Azərbaycan Müdafiə Nazirliyi də bu iddialara cavab olaraq, “Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər” deyə bildirib.

Ermənistan parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Koryun Naapetyan isə Naxçıvanla sərhəddə Azərbaycanın hərbi texnika yığdığı iddiasını irəli sürüb və erməni ictimaiyyətində xofun yarandığını açıq şəkildə bəyan edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm