Can Dündar 5 il 10 ay azadlıqdan məhrum edildi - VİDEO
Bizi izləyin

Dünya

Can Dündar 5 il 10 ay azadlıqdan məhrum edildi - VİDEO

İstanbulda məhkəmə binası qarşısında Türkiyənin tanınmış jurnalisti Can Dündara sui-qəsd cəhdi olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesindən çıxan jurnalistə odlu silahdan 2 dəfə atəş açılıb. Atılan güllələr Can Dündara dəyməsə də, NTV-nin müxbiri Yavuz Şenkalı ayağından yaralayıb. Polis atəş açan Murad Şahin adlı şəxsi həbs edib.

Qeyd edək ki, prezident Ərdoğanın şikayəti əsasında C.Dündara qarşı dövlət sirrini yaymaq ittihamı ilə cinayət işi qaldırılıb. O, 92 gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Prokuror jurnalistin 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

XXX

Son anda verilən məlumata görə, 14-cü Ağır Cəza Məhkəməsi “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar və qəzetin jurnalisti Ərdəm Gülə hökm oxuyub. “Dövlətin gizli qalması vacib olan sirrini yaymaq” maddəsi ilə Dündar 5 il 10 ay, Gül isə 5 il azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm