Hadisə
Orta məktəb müəlliməsi dələduzluğa görə saxlanıldı
Bakıda "Dələduzluq" maddəsi ilə axtarışda olan qadın saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Bakı şəhəri Binəqədi rayon sakini Əbilova Validə Əsəd qızı özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən "Caspian Shop" Ticarət Mərkəzində qızıl zinnət əşyaları satışı ilə məşqul olan İsmayılov Məharət İzzətəli oglu, Hüseynova Leyla Hüseyn qızı, Bağırova Samirə Səxavət qızı, Əbilov Əbil Cəmil oğlu İbişov İlham Qiyas oğluna qarşı dələduzluq edib.
Validə Əbilova 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl zinnət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov rayon polis idarəsinə Əbilova barəsində şikayət edibler. Valide Əbilova zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını Əsədovaya dəyişib. Lakin buna baxmayaraq rayon hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb edibler.
Validə Əbilova (Əsədova) Binəqədi rayonunda yerləşən orta məktəblərdən birində müəllimədir. Qadın barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq Validə Əbilovanın digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir. Qadının əməllərindən zərər çəkmiş insanlardan Nəzrimanov polis idarəsinə müraciət etmək xahiş olunur.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI