Turqut Özalın BMV-si 20 minə satılır – FOTO
Bizi izləyin

Avtopublika

Turqut Özalın BMV-si 20 minə satılır – FOTO

Türkiyənin 8-ci prezidenti Turqut Özalın BMV markalı xidməti avtomobili Qaramanda satışa çıxarılıb.

Axar.az xəbər verir ki, avtomobilin sahibi Nurəddin Aric adlı şəxsdir. O, internetdə elan verərək avtomobili satmaq qərarına gəlib.

"İmkanım olsaydı, satmazdım. Tarixi əsər kimi saxlayardım. Nostalji olsun deyə sürərdim. Lakin o vəziyyətdə deyiləm. Ona görə satmaq qərarına gəlmişəm. 20 min lirəyə satacağam. İnşallah qiymətini bilən biri alar", - Nurəddin Aric deyib.

Qeyd edək ki, 1988-ci ildə istehsal olunan avtomobil 2006-cı ildə iş adamı Erol Kabaoğlu tərəfindən hərracda satın alınıb. 2007-ci ildə isə avtomobili Ana Vətən Partiyasının İzmir vilayətinin sədri, iş adamı Osman Vural əldə edib.

Avtomobil daha sonra da bir neçə dəfə əl dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm