Elnur Məmmədli: “6 idmançıya ümidim böyükdür” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Elnur Məmmədli: “6 idmançıya ümidim böyükdür” - MÜSAHİBƏ

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatdı. 3 gün davam edən yarışda 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınadı. Azərbaycan yığması “Böyük dəbilqə”ni 2 bürünc medalla tamamladı. Həmin medallara Tərlan Kərimov (66 kq) və Rüstəm Orucov (73 kq) yiyələndi.

Bu yarışla bağlı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Artıq Bakıda keçirilən “Böyük Dəbilqə” cüdo yarışları başa çatdı. Millimiz turniri ancaq iki bürünc medalla başa vura bildi. Fikirləriniz...

- Turnir çox yüksək səviyyədə keçirildi. Təşkilatçılıq da çox qəşəng idi. Bu idmandır, idmanda uğur da var, uğursuzluq da. Əsas odur ki, komandamızın üzvlərindən heç kim zədə almadı. Bizim idmançılarımız bir müddət əvvəl başa çatan Kazanda keçirilən Avropa çempionatında komanda hesabında üçüncü olmuşdu. O yarışdan sonra burda uğurlu çıxış etmək çətin idi. Bakıdakı çempionat isə çox gözəl keçdi. Qonaqlarımız da hər biri yarışdan və təşkilatçılıqdan razı qaldı.

- Bu yarışda daha böyük uğurların olmamasının səbəbi nə idi?

- Səbəb təbii ki, var idi və bunu ən yaxşı baş məşqçi bilə bilər. Məncə bir həftə əvvəl başa çatan Avropa çempionatındakı yorğunluq burda öz sözünü dedi. Bizim əsas fikrimiz Rio olimpiya oyunlarıdır. Bu yarışda lisenziya xalları da qazandıq. Bu günlə yaşamamalıyıq. Əsas hədəfimiz Rio olimpiadasıdır.

- Meksikada keçiriləcək çempionata da cüdo millimiz güclü heyətlə gedəcək?

- Bunu da ən yaxşı baş məşqçimiz bilər. Qarşıdakı günlərdə yəqin ki, baş məşqçi buna qərar verəcək.

- Artıq Rio olimpiadasına 6 çəkidə vəsiqə təmin edilib. Bu 6 çəkidə daha çox kimə ümidiniz böyükdür?

- Mənim hər 6 idmançıya ümidim böyükdür. Onlar zəif idmançılar olsaydılar ora vəsiqə qazana bilməzdilər. İnanıram ki, hər biri özünə görə gözəl nəticə qazanacaqlar.

- Sizin çıxış etdiyiniz 73-kq çəki dərəcəsində indi Rüstəm Orucov güləşir. Onu Olimpiya çempionu kimi görürsüz?

- Niyə də olmasın?! Rüstəmin çox böyük potensialı var. Güclü idmançıdır.

- Cüdoda əvvəl ayaqa “girmək” var idi. İndi isə bu fənd ləğv edilib. Bir olimpiya çempionu kimi düşünmürsüz ki, bu qərar cüdonu daha da sadələşdirib və maraqsız edib?

- Mənim üçün ayaq olanda daha yaxşı idi. Mən olimpiya çempionu olanda bu fənd var idi. Amma ləğv ediləndən sonra bir dəfə Avropa çempionu, iki dəfə də master çempionatda qalib olmuşam. Ancaq bu fənd yaxşı idi, cüdonu daha maraqlı edirdi. Ayaq olsa, daha yaxşı olardı. (idmanxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm