Qaxda yol qəzası baş verdi
Bizi izləyin

Hadisə

Qaxda yol qəzası baş verdi

Qaxda axşam saatlarında yol qəzası baş verib.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Qax-Qorağan yolunun Alatəmir Kəndindən keçən hissəsində meydana gəlib.

Qax rayonu Qum kəndi sakini Bünyad Ramazanov Qorağan istiqamətində hərəkətdə olarkən idarə etdiyi 34 BD 123 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobillə yoldan çıxıb və ağaca çırpılıb.

Sürücünün sözlərinə görə, qəzaya səbəb avtomobilin anidən partlayan təkəri olub. Yolun sulu və sürüşkən olması səbəbindən avtomobili saxlamaq mümkün olmayıb. Qəza zamanı sürücü Bünyad Ramazanov avtomobildə tək olub və xoşbəxtlikdən heç bir xəsarət almayıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm