SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırdı
Bizi izləyin

Ekopublika.az

SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırdı

SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu barədə İsveçrənin rusdilli "Nasha Gazeta" nəşrinə müsahibəsində səfir Əkrəm Zeynallı deyib.

"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm