İdman
Azərbaycan kuboku, final: “Qarabağ” - “Neftçi” – BU GÜN
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda kuboku qazanacağı təqdirdə tarixində ilk dəfə qızıl dubl edəcək. Ölkə çempionatının qalibi olan "Qarabağ" bir mövsümü iki kubokla başa vurmuş olacaq. "Neftçi" isə cari mövsümdə çempionatda nümayiş etdirdiyi qeyri-stabil oyun nəticəsində mükafatçılar sırasına düşməməsini yalnız kubok qazanaraq sığortalaya bilər. Bu isə Vəli Qasımovun "ağ-qaralar"da ilk mükafatı olacaq.
Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə "Qarabağ", 4 dəfə isə "Neftçi" mərhələdə qalib gəlib. Bir dəfə (1993/1994) "Neftçi" Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablanıb. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.
Sonuncu dəfə komandalar kubokda ötən mövsümün finalında Qəbələ şəhər stadionunda üz-üzə gəlib. Həmin matç "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan kuboku. Final
20:00 Qarabağ - Neftçi
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ