Kim Çen In ABŞ-ın təklifini rədd etdi
Bizi izləyin

Dünya

Kim Çen In ABŞ-ın təklifini rədd etdi

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In nüvə danışıqlarına başlamaq təklifi ilə çıxış etmiş ABŞ prezidentliyinə namizəd Donald Trampın təşəbbüsünü rədd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə KXDR-in Lonondakı səfiri Hyun Hak Bong məlumat verib.

O, bildirib ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın nüvə danışıqları ilə bağlı görüş təklifi KXDR rəhbərliyi tərəfindən rədd edilib. “Bu, Donald Trampın prezident seçkiləri öncəsi manevridir. Biz bunu ciddiyə almırıq”,- deyə səfir bildirib.

Səfir əlavə edib ki, ABŞ prezidentliyinə namizədlər seçki kampaniyaları dövründə çox şeylər söyləyirlər. Amma iqtidara gəldikdən sonar Şimali Koreyaya qarşı düşmənçilik aparırlar: “Biz Trampın təklifini populyar aktyorun rol oynaması kimi görürük”.

Səfirin sözlərinə görə, hazırda ABŞ-la KXDR arasında münasibətləri nizama salmaq üçün konkret təkliflər paketi yoxdur.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm