26 yaşlı gənci ildırım vurub öldürdü - UCARDA
Bizi izləyin

Hadisə

26 yaşlı gənci ildırım vurub öldürdü - UCARDA

Ucar rayonunda bədbəxt hadisə baş verib.

EL TV (Region TV) xəbər verir ki, rayonun Bağman kənd sakini 1990-cı il təvəllüdlü Qürbət İskəndərovu ildırım vurub.

Hadisə zamanı onun yanında iki nəfər yaxın qohumu da olub. Şahidlərin sözlərinə görə hadisə Qürbət İsgəndərov evinin yaxınlığındakı küçədə yağışdan qorunmaq məqsədi ilə söyüd ağacının altında durarkən baş verib. Güclü səslə müşahidə olunan ildırım vurmasından sonra Qürbət İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm