Ermənistanda əsgərlərin yemək və paltarları xaricdə satılır - FOTOLAR
Bizi izləyin

Dünya

Ermənistanda əsgərlərin yemək və paltarları xaricdə satılır - FOTOLAR

Ermənistanda əsgərlər üçün istehsal olunan qida məhsulları və geyimlər Polşada satılır.

Publika.az “hartak.am” saytında istinadən xəbər verir ki, bu barədə hüquqşünas Qarik Qalikyan “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu barədə xaricdəki dostlarından biri ona məlumat verib.

“Mənim 8 yaşlı övladım öz bufet pulunu əsgərlərə yemək göndərmək üçün yığır. İnsanlarımız var ki, son qəpiyini də əsgərlərə göndərir. Amma məlum olur ki, əsgərlər üçün nəzərdə tutulan geyim və qidalar Polşanın Bielsko Biala şəhərində mağazalarda satılır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm