Qatil azarkeşə hökm oxundu - 26 il!
Bizi izləyin

İdman

Qatil azarkeşə hökm oxundu - 26 il!

"Roma"nın azarkeşi Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, De Santis 2014-cü ildə İtaliyanın digər klubu "Napoli"nin azarkeşi Çiro Espozitonu öldürməkdə ittiham olunub. Həmin il mayın 3-də "Napoli" və "Fiorentina" arasında Romada keçirilən İtaliya kubokunun finalından öncə azarkeşlər arasında insident yaşanıb. Münaqişə zəminində De Santis Espozitoya arxadan tapança ilə atəş açıb.

Çiro Espozito 53 gün xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin görüşdə "Napoli" "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm