Nazarbayev İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Nida.az

Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının böyük bayramı – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm