Türkiyə mətbuatı Azərbaycandan yazdı
Bizi izləyin

Magazin1

Türkiyə mətbuatı Azərbaycandan yazdı

Türkiyə mətbuatında Bakının turizm imkanları ilə bağlı geniş məqalələr dərc olunub.

Publika.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana press-tur olub. Səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq keçirilib, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix- Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektlərinə ziyarət edilib.

Səfərin nəticəsi olaraq Türkiyə mətbuatında Bakının tarixi, mədəniyyəti, əhalisi və görməli yerləri haqqında müxtəlif məqalələr dərc olunub. Məqalədə ilk olaraq, Bakı haqqında təəssürat yaradan Heydər Əliyev adına Hava Limanının digər Avropa ölkələrinin hava limanlarından heç də geri qalmadığını, təmizliyi və gözəlliyi ilə hətta bəzilərindən öndə olduğu qeyd olunub.

Məqalələrdə Azərbaycanın mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və s. haqqında məlumatlar da öz əksini tapır.

Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi 29 fevral 2016-cı il tarixində açılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm