Qırmızı.az
Pulla məktəbə müəllim götürən direktor işdən qovuldu
Masazır kənd 2 nömrəli tam orta məktəbin direktoru İbrahim Təhməzovun fəaliyyətindəki qanunsuzluqların araşdırılması üçün Abşeron rayon təhsil şöbəsi üzrə xüsusi komissiya yaradılıb.
Abşeron rayon Təhsil Şöbəsindən Publika.az-a verilən məlumata görə, araşdırımanın nəticələri 24 may 2016-cı il tarixində keçirilmiş Təhsil Şurasının iclasında müzakirə olunub. Faktlar öz təsdiqini tapdığından İ.Təhməzovun tutduğu vəzifədə qalması məqsədəuyğun hesab edilməyib.
Qeyd edək ki, Abşeron rayonu, Masazır 2 nömrəli kənd məktəbinin müəllimləri direktorun özbaşınalığı ilə bağlı ictimaiyyətə müraciət ediblər.
Mətbuatda verilən məlumatda bildirilib ki, 1 il yarımdır, məktəbə direktor vəzifəsinə təyin edilən İbrahim Təhməzov məktəbin düzənini pozub, əlavə ştatlar açaraq müəllimlərin dərs yükünü azaldıb.
Şikayətdə bildirilib ki, direktor işə götürülən müəllimlərin hamısından pul alır. Müəllimlərin sayı normadan çoxdur. İşə müəllim götürməsi səbəbindən digər müəllimləri maaşları təxminən 200 manat civarında azalıb. 11-ci sinif şagirdlərindən pul alır, onlar məktəbə gəlmir.
Gülxar
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı