Filarmoniyanın iyun repertuarında nələr var?
Bizi izləyin

Art

Filarmoniyanın iyun repertuarında nələr var?

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının iyun repertuarı musiqisevərlər üçün maraqlı olacaq.

Filarmoniyadan bildirilib ki, iyunun 2-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Bu orkestr, həmçinin iyunun 3-də və 24-də konsert proqramı ilə çıxış edəcək. İyunun 22-də Azərbaycan Dövlət Xor Kapellasının, 25-də isə “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.

Bundan əlavə, iyunun 11-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin kollektivi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.

Konsert proqramları saat 19.00-da başlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm