AMEA-dan doktorantura təhsili ilə bağlı yeni model
Bizi izləyin

Qırmızı.az

AMEA-dan doktorantura təhsili ilə bağlı yeni model

“Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir”.

Publika.az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında səsləndirib. Ölkədə təhsil sahəsində aparılan islahatların bakalavr və magistratura pillələrində əhəmiyyətli nəticələr verdiyini söyləyən akademik, beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını qeyd edib. Bildirib ki, bu istiqamətdə 2015-ci ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş koordinatoru Fransa Respublikasının Monpelye Universitetidir.

Akademik onu da əlavə edib ki, layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır.

İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm