"Bəziləri regionda vəziyyətin qeyri-sabit olmasında maraqlıdır"
Bizi izləyin

Nida.az

"Bəziləri regionda vəziyyətin qeyri-sabit olmasında maraqlıdır"

"Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ümumi mövqeyi yoxdur. Belə ki, bəzi beynəlxalq oyunçular sülhdə, bəziləri isə regionda vəziyyətin qeyri-sabit olmasında maraqlıdır, elə ölkələr də var ki, tərəflərdən yalnız birini dəstəkləyir".

Bunu Trend-ə Oksford Universitetinin Müqəddəs Anna Kollecinin professoru Neyl Makfarlen deyib.

Onun sözlərinə görə, beynəlxalq birlik bununla əlaqədar mövcud status-kvonu dəyişdirmək üçün səmərəli səylər göstərmir.

Ekspert əlavə edib ki, aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin eskalasiyası daha ciddi nəticələrə gətirib çıxara bilərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm