Poroşenko Savçenkoya qəhraman adı verdi - VİDEO
Bizi izləyin

Dünya

Poroşenko Savçenkoya qəhraman adı verdi - VİDEO

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə saxlanılan və bu gün vətənə dönən Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkoya "Ukrayna Qəhrəmanı" vəsiqəsini və "Qızıl Ulduz" ordenini təqdim edib.

Xatırladaq ki, Ukrayna prezidenti bu barədə hələ martın əvvəlində fərman vermişdi.

Yeri gəlmişkən, virtualaz.org onu da xatırladır ki, P,Poroşenko o vaxt bildirmişdi ki, N.Savçenko Ukrayna ruhunun sınmazlığının, Ukraynanı necə sevməyin və müdafiə etməyin, eləcə də qələbənin simvoludur.

"Biz sizi əsirlikdən xilas etmək üçün hər şeyi edəcəyik. Mən çox ümid edirəm ki, sizə "Ukrayna Qəhrəmanı"nın qızıl ulduzunu təqdim edə biləcəyəm", - deyə o, müraciətində vurğulamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm