Nəticə oyuna görə oldu
Bizi izləyin

İdman

Nəticə oyuna görə oldu

Oyun əla keçdi. Çox maraqlı idi. Bir az üstünlük “Qarabağ” tərəfdə idi, ancaq “Neftçi” də əla mübarizə apardı.

APA-nın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Ölkə kubokunun final matçını izləyən və oyundan sonra komandaları mükafatlandıran prezident daha sonra “CBC Sport” kanalına qısa açıqlama verərək, fikirlərini bölüşüb: “Yaxşı epizodlar var idi. Düşünürəm ki, nəticə oyuna görə oldu. “Qarabağ”ı təbrik edirəm. “Neftçi” də Avrokuboklara vəsiqə qazanıb. Hər iki komandanın Avropa arenasında özlərini yaxşı göstərəcəklərinə inanıram”.

AFFA prezidenti başa çatan futbol mövsümünün nəticələri haqqında da danışıb: “Planlaşdırdığımız bütün məsələləri həll etdik. Əsas məqsədlərimiz uşaq futbolunun inkişafı, Premyer Liqanın keyfiyyətli təşkili idi. Bunlara da nail olduq. Avropada ötən mövsüm klublarımız yaxşı çıxış etdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm